24 fevral 2017, 12:00

Mahzər Əliyeva və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində kəndlərin qazlaşdırılması prosesi gedir. Sevindirici haldır ki, bizim yaşadığımız Göyçay rayonunun Müskürlü və Qəbələ-Müskürlü kəndlərinə də ötən il təbii qaz verilmişdir. Hazırda kənd sakinləri sabit təzyiqli təbii qazla təmin olunmuşdur.

Cənab Prezident, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların sosial və digər problemlərinin həll olunması üçün əməli tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələriniz rayonumuzda da öz bəhrəsini verir. Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycanımızın inkişafı naminə apardığınız daxili və xarici siyasətdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Əliyeva Mahzər,

Bəyalıyev Şahlar,

Mirsəliyev Ehtibar,

Məsimov Məzahir və başqaları.

Azərbaycan Respublikası, Göyçay rayonu, Müskürlü kəndi.