18:53
Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
23 fevral 2017, 19:33Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə 2016-cı il dekabrın 14-də Brazilia şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2017-ci il.
18:53
17:49
13:39
13:23
13:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:0613:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...
24 aprel 2024, 13:0413:02
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:0213:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli...
24 aprel 2024, 13:0012:25
11:44
11:33
14:08