23 fevral 2017, 12:05

Elsevər Əliyev və Telman Əşrəfovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz məcburi köçkünlərlə bağlı verdiyiniz son Fərmanınızı alqışlayır, qərarınıza ürəkdən sevinirik. Məcburi köçkün həyatı yaşadığımız dövrdə ulu öndərimiz Heydər Əliyev və Sizin tərəfinizdən hər zaman böyük diqqət və qayğı görmüşük.

Cənab Prezident, bizi kommunal ödənişlərdən azad etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin məqsədyönlü siyasətiniz sayəsində tezliklə bizim yurd həsrətimizə son qoyulacaqdır.

Hörmətlə,

Əliyev Elsevər Allahverdi oğlu

Əşrəfov Telman Abduləli oğlu,

Laçın rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.