23 fevral 2017, 12:00

Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz Ağdam sakinləri Sizin məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğınızı həmişə yüksək qiymətləndirmişik. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müavinətlərin müəyyən edilməsi barədə məlum Fərmanınız tərəfimizdən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Etiraf edək ki, əvvəllər enerjiyə, qaza o qədər də qənaət etmirdik. Bu da dövlət büdcəsinə ziyan vururdu. Artıq belə deyil. Hər kəs öz büdcəsinə qənaətlə yanaşır. 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin erməni qəsbkarlarının işğalından azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün orada tikinti-quruculuq işlərinin aparılması barədə Sərəncamınız da biz ağdamlıları çox sevindirdi. Artıq xalq inanır ki, tezliklə belə sərəncamlardan biri Ağdam rayonu üçün veriləcəkdir. Biz bu günü səbirsizliklə gözləyirik və inanırıq  ki, o gün uzaqda deyil.

Hörmətli cənab Prezident, Sizin daxili və xarici siyasətinizi bəyənir, dəstəkləyir və ətrafınızda sıx birləşmişik. İlk növbədə, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Bütün məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Abdullayev Dadaş Camal oğlu

Hüseynov Söhbət Allahverdi oğlu

Quliyev İlqar Hətəm oğlu

Şıxıyev Asif Şöhlət oğlu və başqaları.

Azərbaycan Respublikası, Ağdam rayonu.