17 fevral 2017, 17:00

Sevda Nəsirova və Mehriban Bayramovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımızın gündən-günə inkişaf edib çiçəklənməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş, xalqımızın maddi durumu yüksəlmişdir. Minimum aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı sərəncamlarınız bizi çox sevindirdi. 

Əziz Prezidentimiz, bu sərəncamlarınız xalqın maddi rifahını daim diqqətdə saxladığınızdan xəbər verir. Bu qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Apardığınız daxili və xarici siyasəti dəstəkləyir, çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Nəsirova Sevda Həmzə qızı

Bayramova Mehriban Ənvər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.