22 fevral 2017, 17:45

Bəylər Abasovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Azərbaycan dövlətinin daha da inkişafı, qüdrətinin artması naminə dünən qəbul etdiyiniz qərar kimliyindən asılı olmayaraq hamının ürəyincədir. Çünki bu illər ərzində Mehriban xanımın Azərbaycanın inkişafı naminə gördüyü işlər, istər sosial sahədə, istərsə də digər sahələrdə çoxşaxəli fəaliyyəti onu göstərir ki, ölkəmizin birinci xanımı bu vəzifəyə ən layiqli namizəddir. Ona görə də bu mühüm vəzifədə Mehriban xanıma uğurlar arzulayırıq. 

Cənab Prezident, inanırıq ki, Azərbaycan bundan sonra daha sürətlə inkişaf edəcək, daha qüdrətli ölkəyə çevriləcək və Sizin rəhbərliyiniz altında işğaldan azad olunacaq torpaqlarımızda geniş abadlıq-quruculuq işləri aparılacaqdır.

Hörmətlə,

Abasov Bəylər Qiyas oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.