22 fevral 2017, 14:05

İlqar Məmmədov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınızı bəyənir və dəstəkləyirik. Bu Sərəncamınız böyük qayıdışın başlanğıcı, zəfər yolumuzun çırağıdır.

Möhtərəm cənab Prezident, bu tarixi Sərəncamınızla əlaqədar Cəbrayıl rayonunun Dağ Tumas kəndindən olan məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov İlqar Qadir oğlu,

Alməmmədov Dayandur Mədəd oğlu,

Cəbrayılov Rafiq Həsən oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.