Gerb

21 fevral 2017, 18:00

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz Sərəncama görə ailələrimiz adından Sizə minnətdarlığımızı bildiririk. Bu Sərəncam hamımızın ürəyincədir. Biz bunu bütün məcburi köçkünlərə, o cümlədən cəbrayıllılara göstərilən qayğı kimi qəbul edirik.

Cənab Prezident, biz Sizin uğurlu siyasətinizi dəstəkləyir, sevincimizin davamlı olmasını arzulayırıq.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər adından  hörmətlə,

Məmmədov Eldar Hümbət oğlu

Fərzəliyev Əliyar Adulla oğlu

Məmmədov Məhəmməd Dadaş oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.