Gerb

21 fevral 2017, 15:00

Hörmətli cənab Prezident,

Uzun illər apardığınız məqsədyönlü siyasətinizin nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq, bərpa işləri görülür. Bu, bir vətənpərvər Azərbaycan vətəndaşı kimi məni çox sevindirir. Qəlbim daim torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə döyünür.

Hörmətli cənab Prezident, mən şəhid ailəsinin üzvü və müharibə veteranıyam. Gəncliyimdə ön cəbhədə canımdan əziz Vətənimin müdafiəsində iştirak etmişəm. İndi isə müəllim kimi gənc nəslin vətənpərvər ruhda böyüməsinə və dövlətimə xidmət edirəm. Düşünürəm ki, biz itirdiyimiz torpaqları mütləq geri qaytaracağıq.  Hazırda 43 yaşım olmasına baxmayaraq, işğaldan azad olunmuş Cocuq Mərcanlıda aparılan bərpa, abadlıq işlərində iştirak etməyə həmişə hazıram.

Hörmətlə,

Bağışov Namiq Sədaqət oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.