21 fevral 2017, 14:40

Raya Hacıyeva və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Sizin Ali Baş Komandanlığınız altında ötən ilin aprel ayında mənfur düşmənimizə sarsıdıcı zərbə endirilməsi nəticəsində əzəli torpaqlarımızın bir hissəsinin azad olunması və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığınız Sərəncam  hər birimizin ailəsində xoş ovqat yaratdı. Cocuq Mərcanlı kəndinin bərpasını yenidən qurulacaq Qarabağın təməli kimi qiymətləndiririk.

Cənab Prezident, bu işləri alqışlayır və bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Hacıyev Raya Qəfil qızı,

Hüseynov İlkin Taleh oğlu,

Fətiyeva Elnarə Mirəli qızı

Hacıyev Vüqar Məhəmməd oğlu və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.