20 fevral 2017, 16:30

İxtiyar Əzizov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Ulu öndərimiz Heydər Əliyevin əvəzsiz dövlətçilik siyasətini 2003-cü ildən bəri uğurla davam etdirməyiniz hər birimizi ürəkdən sevindirir. Bu illər ərzində yorulmaz fəaliyyətiniz sayəsində ölkəmizdə həyata keçirilən möhtəşəm quruculuq-abadlıq işləri, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması ölkə vətəndaşları kimi biz laçınlıların da qəlbində iftixar hissi yaradır.

Cənab Prezident, görülmüş bu işlərlə yanaşı, vətəndaşların, xüsusilə aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Sizin qayğıkeş ölkə başçısı olmağınızın, humanistliyinizin və hər birimizə olan isti münasibətinizin əyani təzahürləridir.

Daxili və xarici siyasətinizi daim ürəkdən bəyənərək dəstəkləyən laçınlı köçkünlər dünyada maliyyə böhranının tüğyan etməsinə, bu böhranın ölkəmizə də müəyyən təsir göstərməsində baxmayaraq, qaçqın və məcburi köçkünlərə verilən müavinətin 2017-ci il 23 yanvar tarixli Fərmanınızla artırılması və ödənişin sadələşdirilməsini, həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektrik enerjisi və digər kommunal ödənişlərin bu il fevralın 1-dən etibarən dövlət hesabına ödənilməsi barədə müvafiq Fərmanınızı yüksək razılıq hissi ilə qarşılayır, bunu bizə olan davamlı diqqət və qayğınız kimi dəyərləndirirlər.

Cənab prezident, Sizə hədsiz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Hər birimiz qəti əminik ki, Sizin rəhbərliyiniz altında düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması ata-baba yurdlarımıza böyük qayıdışın təməli olacaq, növbəti bərpa işləri Laçında, Şuşada, Kəlbəcərdə və işğaldan azad olunacaq digər torpaqlarımızda həyata keçiriləcəkdir.

Ağcabədi rayonu Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər adından dərin hörmətlə,

Əzizov İxtiyar Surxay oğlu

Həsənov Osman Bəhram oğlu

Bəylərova Hamar Şükür qızı

Abdullayev Abdulla Əyyub oğlu

Cəbrayılova Roza Teymur qızı

Sadıqov Yusif Musa oğlu

Abuzərov Abuzər Cənnət oğlu

Nəcəfov Ələkbər Allahverdi oğlu

Məmmədov Əmiraslan Xanlar oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.