20 fevral 2017, 14:20

Elşad Əliyevdən, Qatçina, Rusiya

Hörmətli cənab Prezident,

Bir Azərbaycan vətəndaşı kimi ölkəmizin sürətli inkişafına görə Sizə təşəkkürümü bildirirəm. Sizin kimi layiqli övlad böyütdüyü üçün Allahdan ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət diləyirəm.

Mən əslən Gəncə şəhərindənəm. İndi sözün yaxşı mənasında Gəncəmizi tanımaq olmur. Doğma şəhərim gündən-günə gözəlləşir. Bunları görməyən və internetdə reallıqdan uzaq məlumatlar yazanları başa düşə bilmirəm.

Cənab Prezident, hazırda Vətəndən kənarda yaşasam da, hər zaman Sizi dəstəkləyirəm.

Hörmətlə,

Əliyev Elşad Məcid oğlu.

Rusiya Federasiyası, Qatçina şəhəri.