20 fevral 2017, 14:30

Yəhya Əhmədovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Cəbrayıl rayonunun əhalisinə göstərdiyiniz qayğıya görə ailələrimiz adından Sizə minnətdarlığımızı bildiririk. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığınız Sərəncam hər bir cəbrayıllını qəlbən sevindirir. Arzu edirik ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunsun və orada abadlıq-quruculuq işləri həyata keçirək.

Əziz Prezidentimiz, Siz bu Sərəncamınızla Qarabağa qayıdışın təməlini qoydunuz. Ulu Tanrı bu  yolda Sizə kömək olsun!

Cəbrayıl rayonundan olan bir qrup məcburi köçkün adından dərin hörmətlə,

Əhmədov Yəhya Şəmil oğlu

Rüstəmov İlqar Kamran oğlu

Atakişiyev Atakişi Qaçay oğlu

Əhmədova Südabə Yusif qızı və başqaları.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.