20 fevral 2017, 14:40

Vaqif Məhərrəmovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamınız cəbrayıllıların böyük sevincinə səbəb oldu. Bu Sərəncamınız Qarabağa böyük qayıdışın uğurlu başlanğıcı kimi hər bir cəbrayıllının ürəyində ümid çırağı yandırdı.

Hörmətli cənab Prezident, bu tarixi Sərəncamınız ilə əlaqədar Cəbrayıl Rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Məhərrəmov Vaqif, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.