20 fevral 2017, 14:50

Etibar Pirməmmədovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tərəfinizdən həyata keçirilən uğurlu xarici siyasətin Azərbaycan üçün müsbət nəticələr verdiyinin şahidi oluruq. Dünyada hökm sürən böhran, neftin qiymətinin aşağı düşməsi bir çox ölkələri çox çətin vəziyyətə saldı. Bu amillər bizim ölkəyə müəyyən qədər təsir göstərsə də, inkişafımızı dayandıra bilmədi.

Aprel döyüşlərində əldə edilən qələbə, Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və orada bərpa işlərinə başlanılması, həmçinin bu yaxınlarda şəhidimizin nəşinin düşməndən alınaraq ailəsinə qaytarılması və ona “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi Sizin çox cəsarətli və müdrik dövlət başçısı olduğunuzu göstərir.

Qarabağa xain gözü ilə baxan Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi düşmənlərimizin gözünə ox kimi batdı. Bununla Siz Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etməklə yanaşı, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın nəyə qadir olduğunu bütün dünyaya göstərdiniz. 

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, iradə və böyük uğurlar arzulayıram. Biz hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Pirməmmədov Etibar Cümşüd oğlu. 

Azərbaycan Respublikası, Tərtər rayonu.