Gerb

17 fevral 2017, 16:00

Hörmətli cənab Prezident,

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığınız Sərəncam kəndimizin hər bir sakinini sevindirir. Cocuq-mərcanlılarla birgə bu sevincə bütün Azərbaycan qoşulur.

Cənab Prezident, bu Sərəncama görə Sizə öz minnətdarlığımızı bildiririk. Dövlətimizin Sizin kimi güclü rəhbəri olduğu üçün əminik ki, bir qarış torpağımız belə işğal altında qalmayacaq. Bu işdə hamımız bir olmalıyıq. Allah Sizə güc-qüvvət versin!

Hörmətlə,

Məmmədov Hünbət Qərib oğlu,

Abdullayev Xəlyəddin Bahadur oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, 4 saylı qəsəbə.