17 fevral 2017, 12:05

Tamella Süleymanovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu məktubu Sizə Qazax rayonunun Ermənistanla həmsərhəd olan, döyüş mövqelərinə ən yaxın məsafədə yerləşən Məzəm kəndindən yazıram. Mənfur düşmənin bizə yaratdığı çətinliklərə baxmayaraq, abadlıq və quruculuq, insanların sosial rifah halının yaxşılaşdırılması üçün gördüyünüz işləri, şəhid ailələrinə və əlillərə göstərdiyiniz qayğını görüb sevinir, fərəh hissi keçiririk.

Hörmətli cənab Prezident, bir şəhid anası kimi Sizə minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Hörmətlə,

Süleymanova Tamella Qəzənfər qızı.

Azərbaycan Respublikası, Qazax rayonu, Məzəm kəndi.