17 fevral 2017, 12:00

Tural Əliyevdən, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident,

İşğaldan azad olmuş torpaqlarımızda abadlıq-quruculuq işlərinin aparılması ilə bağlı Sərəncamınız bütün xalqımız üçün çox mühüm əhəmiyyətə malikdir. Cocuq-Mərcanlı kəndinin abadlaşdırılması bizim tarixi qələbəmizdir. Çünki bu həm xalqımızın qələbə hissini və sevincini artırmış oldu, həm də qurub-yaradan Azərbaycan xalqı ilə dağıdıb-xarabalığa çevirən ermənilərin əsl simasını dünya ictimaiyyətinə nümayiş etdirdi. Biz bununla sübut etdik ki, bu torpağın əsl sahibi onu xarabalığa çevirmir, əksinə, onun üzərində qurub-yaradır.

Cənab Prezident, mən bunu çox yüksək qiymətləndirir və qələbə sevincimizin müjdəçisi kimi qəbul edirəm.

Bizə bu qürur hissini yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Tural Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Dəllər Cəyir kəndi.