16 fevral 2017, 17:30

Sahib İsmayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Müraciətimizi nəzərə alaraq geniş ürəyə, şəfalı əllərə sahib olmuş ananız Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində anamın gözlərinin müalicəsinə kömək göstərdiyiniz üçün ailəmiz adından Sizə təşəkkürümü bildirirəm.

Sizin rəhbərliyiniz altında sürətlə inkişaf edən müstəqil dövlətimizə, odlar yurdu olan Azərbaycanımıza Uca Allahdan hər zaman sülh və əmin-amanlıq diləyirəm.

Əziz və hörmətli cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, valideynlərinizə Ulu Tanrıdan rəhmət diləyirəm.

Hörmətlə,

İsmayılov Sahib Allahverdi oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.