16 fevral 2017, 17:15

Qərib Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz ölkəmizin Prezidenti vəzifəsinə seçildiyiniz 2003-cü ildən bu günədək ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirirsiniz. Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət sayəsində ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulmuş aqrar islahatın ikinci mərhələsi Dövlət proqramları şəklində uğurla davam etdirilir. Müvafiq fərmanlarınızla regionların sosial-iqtisadi inkişafı və ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət proqramlarının təsdiq edilməsi və bu proqramlarda nəzərdə tutulmuş tədbirlərinin uğurla həyata keçirilməsi respublikamızda iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun və regionların davamlı inkişafının təmin edilməsinə, infrastrukturun, sosial xidmətlərin daha da yaxşılaşdırılmasına zəmin yaratmışdır. Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə aqrar sahənin elmi təminatının yüksəldilməsi dövlətimizin aqrar siyasətində əsas yer tutmuş, bu sahədə çalışan elm xadimlərimizə həmişə yüksək qiymət verilmiş, diqqət və qayğı göstərilmişdir.

Çox hörmətli Prezidentimiz, mənə göstərdiyiniz yüksək etimada və məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, Azərbaycanın parlaq gələcəyi, dövlətimizin daha da inkişaf etdirilməsi kimi müqəddəs və şərəfli işinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Məmmədov Qərib Şamil oğlu, akademik, AMEA-nın aqrar məsələlər üzrə müşaviri.

Azərbaycan Respublikası, Bakı şəhəri.