16 fevral 2017, 15:00

Vüsal İbrahimovdan, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident,

Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi üçün əvvəlcə 3 milyon manat, əlavə olaraq isə 14 milyon manat ayrılması barədə sərəncamlarınıza görə hacıqabullular adından və ailə üzvlərim adından Sizə minnətdarlığımızı bildiririk. Bu sərəncamlarınız ölkədə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinin və regionların sosial-iqtisadi inkişafının daim Sizin diqqətinizdə olduğunu bir daha göstərir.

Bütün xalqımız kimi, mən də seçimimdə yanılmadığıma, xalqın maraqlarını hər şeydən üstün tutan Prezidentimizə səs verdiyimə görə qürur duyuram. Müasir müstəqil Azərbaycanın banisi ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olmağınız Allahın xalqımıza böyük müjdəsidir. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş uğurlu xarici siyasətiniz nəticəsində Azərbaycanın səsini beynəlxalq tribunalardan eşitmək və beynəlxalq aləmin ölkəmizə daha çox maraq göstərməsi Sizə həqiqətən də alternativsiz  Prezident olduğunuzun sübutudur.

Cənab Prezident, mən bir vətəndaş kimi Sizinlə fəxr edirəm, Sizi və apardığınız siyasətinizi sonadək dəstəkləməyə hazıram. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin, hər zaman güclü etsin. Siz daim xalqla birlikdəsiniz və xalqımız da həmişə Sizinlədir.

Hörmətlə,

İbrahimov Vüsal İbrahim oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.