15 fevral 2017, 16:20

Süleyman Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz Sizi Prezident seçildiyiniz gündən dəstəkləmişik və həmişə də dəstəkləyəcəyik.

Siz məcburi köçkünlərin yaşayış vəziyyətini nəzərə alaraq Fərmanınızda dəyişiklik etdiniz. Buna görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz Xocalıdan olan qaçqınlar Sizin verdiyiniz fərmanları hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Allah Sizə möhkəm cansağlığı versin.

Hörmətlə,

Quliyev Süleyman Novruz oğlu, Xocalıdan məcburi köçkün.                

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyası.