15 fevral 2017, 12:40

Məzahir Əsgərovdan, Zəngilan, Azərbaycan

Hörmətli cənab Prezident,

Ailəm adından, məskunlaşdığımız yataqxanadakı məcburi köçkünlər adından bizə göstərdiyiniz qayğıya, diqqətə, xüsusilə də bu günlərdə imzaladığınız Fərmanla biz köçkünləri kommunal ödənişlərdən azad etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Həmişə olduğu kimi, daim Sizin qayğınızı hiss edirik. Bu, bizi sevindirir. Allah da Sizi sevindirsin. Sağ olun, var olun, Allah amanında olun!

Hörmətlə,

22 məcburi köçkün ailəsi adından

Əsgərov Məzahir Bəhmən oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.