15 fevral 2017, 12:00

Əfsər İmanov, Zəngilan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Məcburi köçkünlərlə bağlı verdiyiniz Fərmanda edilən dəyişikliklər təqdirəlayiqdir. Nəzərə alsaq ki, məcburi köçkün yataqxanalarının əksəriyyətində qaz xətti yoxdur, hər şey elektriklədir, o zaman işıq sayğaclarının və kommunal xidmətlərin pulunu ödəmək əlbəttə ki, asan olmazdı. Bu məsələləri nəzərə alıb Fərmanda dəyişiklər etdiyiniz üçün Sizə bütün məcburi köçkünlər adından dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.

Hörmətlə,

İmanov Əfsər Temir oğlu

Məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri.