14 fevral 2017, 12:00

Aqşin Məmmədovdan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident,

İlk öncə Sizləri salamlayıram. Son vaxtlarda imzaladığınız sərəncamlar məni çox sevindirdi. Xaricdə hüquq təhsili alan bir vətəndaş kimi bu qərarınızı sevinclə qarşıladım. İnanıram ki, Sizin bu qərarlarınız sayəsində ölkəmizin kommunikasiya problemləri tezliklə  öz həllini tapacaq.

Yol mədəniyyətdir. Almaniyada bunu gözəl anladım. İnanıram ki, sürətlə inkişaf edən Azərbaycanımızın yol-nəqliyyat infrastrukturunda daha böyük irəliləyişlərə nail olunacaq. 

Biz birlikdə güclüyük. Biz Vətənimiz uğrunda hər zaman çalışırıq və çalışacağıq. Bu gün burada, ehtiyac olduqda səngərdə.

Hörmətlə,

Məmmədov Aqşin Şahin oğlu.

Azərbaycan Respublikası, Ağstafa rayonu.