İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb

09 fevral 2017, 11:50
İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Prezident İlham ƏLİYEV dedi:

-Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox idi Çingizin nəşini qaytarmaq istəmirdi. Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda, bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı. Biz birgə səylərlə Çingizin nəşinin Vətənə qaytarılmasına nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi. Bundan sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı. Fürsətdən istifadə edərək Qusar rayonunun bütün sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər.

Dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişlər. Ancaq bu təxribat nəticəsində özləri peşman olmuşlar. Azərbaycan Ordusu onlara elə zərbə vurmuşdur ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar poqonlarını, vəzifələrini itirdilər. Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü və bu, bu gün də davam edir. Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. İndi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar.

Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin. Çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, - Ermənistan təşkilatın üzvüdür, - bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

Apreldən sonra Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ancaq onların bütün səyləri boşa çıxdı, heç bir nəticə vermədi. Ermənistan-Azərbaycan sərhədində növbəti təxribatın törədilməsi məhz bu məqsədi güdürdü ki, bu dəfə üzv olduğu təşkilatı bu işə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi. Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu.

Biz öz torpağımızı müdafiə edirik. Bizim işimiz haqq işidir. Bu məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, birlik göstərir. Bu, bizim ümumi məsələmizdir və biz haqlıyıq. Çünki həm tarix, həm beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda, bu gün Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir, özü də təkcə iqtisadi və hərbi potensialına görə yox. Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı.

Bütün Azərbaycan Çingizlə fəxr edir. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaqdır.

Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim.

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim etdi.

Salman QURBANOV dedi:

-Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Mən bir şəhid atası kimi, Sizi əmin edirəm ki, Sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.

Prezident İlham ƏLİYEV: Sağ olun.

                                                                                        x x x

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42