02 fevral 2017, 16:20

Elşən Mürsəlovdan, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident,

Bir lider kimi Sizi çox sevirəm. Deyirlər əvəzedilməz insan yoxdur. Amma mən həyatda iki dahi şəxsiyyət tanımışam ki, onlar doğrudan da əvəzolunmaz şəxsiyyətlərdir. Həmin şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyev, digəri isə Ümummilli Liderimizin layiqli davamçısı Sizsiniz.

Cənab Prezident, ölkəmizdə sakit, firavan yaşamağımız üçün hər cür şərait var. İnanıram ki, Sizin sayənizdə ölkəmiz bundan sonra daha da gözəl olacaqdır.

Sadə bir vətəndaş kimi Sizə təşəkkür edirəm. Sizin qazandığınız uğurları eşitmək və görmək məni çox sevindirir. Ümid edirəm ki, inşallah, Sizinlə görüşmək imkanım olacaq.

Hörmətlə,

Mürsəlov Elşən Rasim oğlu, iqtisadçı.

Azərbaycan Respublikası, Xaçmaz rayonu.