02 fevral 2017, 12:50

Hüseyn Musayev, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən məcburi köçkünlərə ayrılan ödənişlərin vahid aylıq  müavinətlə əvəz edilməsi haqqında Fərmanınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hesab edirəm ki, bu Fərmanın icrası böyük qənaətə gətirib çıxaracaq, həm məcburi köçkünlər, həm də büdcə üçün sərfəli olacaqdır.

Əziz Prezidentimiz, belə bir qərarın qəbulu Sizin yüksək idarəçilik bacarığınızı bir daha göstərir. Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Musayev Hüseyn Alı oğlu

Məcburi köçkün, Milli Qəhrəman atası

Azərbaycan Respublikası, Qazax rayonu, Aşağı Əskipara kəndi.