02 fevral 2017, 12:40

Mərdan Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamağımızın səbəbkarı ulu öndərimiz Heydər Əliyev və Sizsiniz.

Siz gənclərə çox böyük qayğı göstərir, dəstək olursunuz. Xüsusilə, Sizin dəstəyiniz nəticəsində biz idmançılar dünya arenasında ölkəmizi uğurla təmsil edir, yüksək nailiyyətlər qazanırıq. Mən özüm Şərq döyüş növləri üzrə dördqat dünya, üçqat Avropa çempionuyam.

Cənab Prezident, idmançılar hər zaman Sizə minnətdardırlar. Nə yaxşı ki, varsınız və biz gənclərə dəstək olursunuz. Allah Sizi qorusun!

Hörmətlə,

Vəliyev Mərdan İsgəndər oğlu

Əməkdar İdman Ustası

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.