02 fevral 2017, 12:20

Balafər Nəsirovdan, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-nin yaranması haqqında verdiyiniz Sərəncam Azərbaycan dövlətinin iqtisadiyyatının yüksəlməsi və Azərbaycan xalqının yaşayışının daha da yaxşılaşması üçün verilmiş bir qərardır. Siz xalqını düşünən, xalqının daim firavan və sağlam yaşayışı üçün çalışan Prezidentsiniz. Buna görə biz Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Cəlilabad şəhər körpələr evi-uşaq bağçalarının müdirləri və işçiləri adından

Nəsirov Balafər Poladxan oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu.