16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711, № 10, maddə 1653) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57