01 fevral 2017, 12:35

Sevil Ağalarovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sərəncamınızla “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması Salyan rayonunda fəaliyyət göstərən uşaq bağçalarının kollektivlərinin böyük sevincinə səbəb oldu. Yeni yaradılmış cəmiyyət çox yüksək səviyyədə xidmət göstərir, uşaqların daha keyfiyyətli və bolçeşidli ərzaq məhsulları ilə təmin edilmələrinə şərait yaradır.

Cənab Prezident, bütün bunlara görə Salyan şəhəri 7 saylı uşaq bağçasının kollektivi adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Ağalarova Sevil Əliş qızı.

Azərbaycan Respublikası, Salyan rayonu.