01 fevral 2017, 12:17

Yeganə Ağayeva və Zivər Surxayovadan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz Sərəncamı hər bir qarabağlı böyük sevinclə qarşıladı. Aprel döyüşləri sübut etdi ki, bizim güclü dövlətimiz, qüdrətli ordumuz və cəsarətli Prezidentimiz var.

Cənab Prezident, Siz torpaqlarımızın işğaldan azad edilməsi üçün səylə çalışırsınız. İnanırıq ki, biz hamımız yaxın vaxtlarda həmin torpaqlara qayıdacağıq. Bu işdə Sizə böyük ümidlər bəsləyir və uğurlar arzulayırıq. 

Hörmətlə,

Yeganə Ağayeva

Surxayova Zivər.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, 4 saylı qəsəbə.