İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb

18 yanvar 2017, 19:45
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirdi. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə “Statoil” şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu dedi, əlaqələrimizin uğurlu və davamlı xarakter daşıdığını bildirdi. Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyini vurğuladı.

Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”, o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

gallery-photogallery-photogallery-photo