İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub

18 yanvar 2017, 18:35
İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şvaba təşəkkürünü bildirdi. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü dedi. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirdi. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışdı, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirdi və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğuladı.

Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini dedi, Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirdi.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycan ilə Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu Forumda iştirakının ikitərəfli əməkdaşlığa töhfə verdiyini vurğuladı. Klaus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu dedi, Bakının gözəlliyindən danışdı, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm rol oynadığını bildirdi. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07