12 yanvar 2017, 16:40

Tünzalə Qəhrəmanova və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan sənədlər, verilən tapşırıqlar əhali tərəfindən müsbət qarşılanır. Sizin tapşırığınız əsasında təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitin artırılması barədə qərar da bizi çox sevindirdi.

Cənab Prezident, bütün bunlara görə çox sağ olun. Xalqımızın rahat və firavan yaşaması üçün gördüyünüz işlərə görə Sizə minnətdarıq.

Hörmətlə,

Qəhrəmanova Tünzalə

Qarayev Misir

Qəhrəmanov İbiş

Qəniyev Aslan

Abdurrəşidova Səlimə və başqaları (cəmi: 9 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil Qəsəbəsi.