11 yanvar 2017, 12:00

Afət Abbasovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərində yaşanan sabitlik, tərəqqi, abadlıq, sağlam mühit üçün Sizə dərin təşəkkürümü bildirirəm. Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu məharətlə davam etdirirsiniz. Bu siyasi kurs bizi zülmətdən işığa, tənəzzüldən tərəqqiyə qovuşdurdu. Elə buna görə də Heydər Əliyev fenomeni xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Abbasova Afət

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.