10 yanvar 2017, 15:40

Atəş Babayevdən, Qax, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən uğurlu siyasətinizi dəstəkləyir, buna görə Sizə minnətdarlığımızı bildiririk. Tarif Şurasının qərarına edilən dəyişikliklər nəticəsində elektrik enerjisi və təbii qazın istifadəsində limitlərin artırılması bütün rayon sakinləri kimi, biz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin də ürəyindən oldu. Atılan bu humanist addım xalqımıza göstərilən diqqət və qayğınızın daha bir bariz nümunəsidir.

Çox hörmətli Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Babayev Atəş Mais oğlu,

Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qax rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Qax rayonu.