10 yanvar 2017, 14:50

Elimxan Baxşəliyev və başqalarından, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin ölkəmizə uğurlu rəhbərliyiniz sayəsində rayonumuz bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Siz daim aztəminatlı ailələri düşünür, mövcud problemləri ardıcıl olaraq həll edirsiniz. Rayonumuzda açılan yeni iş yerləri bizə çox böyük kömək olub. Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması da bizi çox sevindirdi. Sizin tapşırığınızla qəbul edilən bu qərar bir daha sübut etdi ki, Siz daim xalqın yanındasınız.

Cənab Prezident, kənd sakinləri olaraq ulu öndərimiz Heydər Əliyevin bizə ərməğan etdiyi torpaqları əkib-becəririk. Sizin sayənizdə sabit və müstəqil ölkəmizdə firavan yaşayırıq. Bütün bunlara görə Sizə minnətdarıq. Biz hər zaman Sizinləyik. 

Hörmətlə,

Baxşəliyev Elimxan

Əzizov Qüdrət

Bayramov Məhəmməd

İsmayılov Bəhlul

Mədətov Mədət.

Azərbaycan Respublikası, Qobustan rayonu, Cəmcəmli kəndi.