07 yanvar 2017, 12:00

Tahir Məhərrəmov və başqalarından, Beyləqan, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin Sizin tapşırığınıza əsasən artırılması ailələrimiz tərəfindən yüksək qiymətləndirilir. Siz bu addımınızla hər birimizin Prezidenti olduğunuzu növbəti dəfə sübut etdiniz.

Cənab Prezident, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən bu addımınıza görə təşəkkürümüzü bildirir, Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı arzulayırıq. Allah Sizi başımızın üzərindən əskik etməsin!

Hörmətlə,

Məhərrəmov Tahir Məhərrəm oğlu,

Xanməmmədov Mehman Nəriman oğlu,

Məmmədquliyev Səfər Bəylər oğlu,

Seyidova Zöhrə Mirkazım qızı,

Süleymanov Ramiz Əbül oğlu  və başqaları - cəmi 45 nəfər.

Azərbaycan Respublikası, Beyləqan rayonu.