06 yanvar 2017, 18:00

Bəhram Sultanovdan, Siyəzən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tapşırığınıza uyğun olaraq, Tarif Şurası tərəfindən əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin aylıq istehlak həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qədər artırılması Siyəzən rayonu T.İsmayılov küçəsində yerləşən çoxmənzilli binalarda yaşayan sakinləri çox sevindirdi. Mənzillərimizin isidilməsi üçün qazdan və elektrik cihazlarından istifadə etdiyimiz üçün limitlə bağlı dəyişikliklər bizim üçün çox əhəmiyyətlidir.

Cənab Prezident, bu qərarın qəbuluna görə binamızın sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Sultanov Bəhram.

Azərbaycan Respublikası, Siyəzən rayonu.