30 dekabr 2016, 15:20

Məharət Ağayevdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayırıq.

Mən həmişə Sizi təbrik etdikdən sonra özümü xoşbəxt hiss edirəm. Çünki bu həyatı, bu xoş günləri bizə məhz Siz bəxş etmisiniz. Aztəminatlı ailələrə, əlillərə olan məhəbbətiniz, xüsusi qayğınız sayəsində ailələrimiz bu bayram günlərini sevinclə qeyd edirlər. Bizlərə bayram sovqatı göndərdiyinizə görə çox sağ olun. Allah Sizi başımızın üstündən əskik etməsin.

Hörmətlə,

Ağayev Məharət Turab oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.