14:05
Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər.
13 yanvar 2025, 14:05Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin inşası Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında aparılıb.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan Prezidenti, xanımı və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.
Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin binasının foyesində ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən fotostend yaradılıb. Mərkəz tədris, üzgüçülük və idman zalı korpuslarından ibarətdir. Binada konfrans zalı və sərgi salonu var. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslərin əl işləri sərgi salonunda nümayiş etdirilir. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə də təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb. Binada Brayl əlifbasının tədrisi, Brayl yazı nəşrləri, səsli nəşrlər, adaptasiya avadanlığı və ondan istifadənin öyrədilməsi üçün otaqlar da müasir səviyyədədir. Mərkəzdə rəqs və musiqi məşğələləri, həmçinin kompüter, biblioqrafik icmal, iri şrift otaqları və zəngin kitabxana da buraya gələnlərin ixtiyarına veriləcək.
Kompleksin 2800 kvadratmetrə yaxın tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana yaradılıb.
İdman korpusunda isə oyunlar zalı, təlimatçı və həkim otaqları var. Zalda görmə imkanı məhdud şəxslər idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Mərkəzin üzgüçülük korpusu da müasir səviyyədədir. Burada 25 metr uzunluğunda hovuz yaradılıb.
Ərazidə inşa olunan binaların hamısı mərkəzləşdirilmiş isti su, havalandırma sistemləri ilə təchiz edilib, iki su çəni, elektrik təchizatı üçün transformator yarımstansiyası quraşdırılıb. Bütün korpuslar müasir mebel, inventar və digər avadanlıqla təchiz olunub. Ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqda yaradılan şəraitlə tanış oldular.
Ümumi sahəsi 2011 kvadratmetr olan üçmərtəbəli binada həkim otağı, tibbi müayinə, qəbul-qeydiyyat şöbəsi, yeməkxana və mətbəx, camaşırxana, təmiz inventar otaqları yaradılıb. Sığınacaqda, həmçinin stolüstü oyunlar, kompüter, müvəqqəti müalicə boksu və müalicə otaqları, digər inzibati otaqlar var. Əlli yerlik on yataq otağında isə hər cür şərait mövcuddur. Binadakı konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq. Bundan başqa, bu qəbildən şəxslər sığınacağın qiraət zalından, kitabxanasından, stolüstü oyunlar otağından da istifadə edəcəklər. Binada ərzaq məhsulları üçün soyuducu kameralar, tərəvəz, yataq ləvazimatları, həmçinin bərk və yumşaq inventar anbarları da var.
Dövlət başçısı və xanımı yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzində yaradılan şəraitlə tanış oldular.
Mərkəz reabilitasiya korpusu və idman zalından ibarətdir. Üçmərtəbəli reabilitasiya korpusunda həkim, tibbi müayinə, qəbul-qeydiyyat otaqları, yeməkxana və mətbəx, valideynlərlə görüş və xidməti heyət üçün otaqlar var. Binada kompüter zalı, müəllimlər otağı və beş sinif otağı yaradılıb. Buradakı dərnək otaqlarında isə yetkinlik yaşına çatmamış şəxslər asudə vaxtlarını səmərəli keçirə bilərlər. Bu korpusda da konfrans zalı, stolüstü oyunlar və yataq otaqları sakinlərin ixtiyarına veriləcək. Mərkəzdə müasir idman zalı da yaradılıb.
Bu sosial obyektlərdə yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti yaşından və sosial durumundan asılı olmayaraq, bütün vətəndaşlarının qeydinə qalır, onları normal yaşayış şəraiti ilə təmin etmək üçün mühüm işlər görür. Belə layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurla icra olunduğunu bir daha nümayiş etdirir. Bu sosial siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır.
Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər.
13 yanvar 2025, 14:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə...
10 yanvar 2025, 18:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və...
10 yanvar 2025, 17:56Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:44Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:40