29 dekabr 2016, 14:00

Yusif Məmmədov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınız əsasında elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin Yeni il ərəfəsində artırılması əhval-ruhiyyəmizi daha da yüksəltdi. Biz növbəti dəfə gördük ki, Siz ümumrespublika əhəmiyyətli qərarların qəbulunda ölkə vətəndaşlarının mənafeyini əsas tutursunuz.

Cənab Prezident, bu qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk. Allah hər zaman Sizi sevib-sevindirsin.

Hörmətlə,

Məmmədov Yusif

Zeynalov Zinyət

Rzayev Sayalı

Mürşüdov Habil

Əliyev Liman və başqaları (cəmi: 9 nəfər).

Azərbaycan Respublikası, Ağcabədi rayonu.