İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib

28 dekabr 2016, 15:10
İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib.

Tatyana Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona cansağlığı və işlərində uğurlar arzuladı. Tatyana Moskalkova Rusiya Federasiyasının Dövlət Dumasında çalışdığı zaman Prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladı. O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirdi. Xanım Tatyana Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını dedi. Rusiyalı qonaq bu gün Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransın önəmini qeyd etdi.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Tatyana Moskalkovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Bakıda keçirilən konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlətimizin başçısı Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq bu sahədə ölkəmizdə böyük işlərin görüldüyünü qeyd etdi. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı buna görə də bu problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıdığını qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06