28 dekabr 2016, 14:50

Cümşüd Quliyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən bir Azərbaycan vətəndaşı kimi ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı olaraq Sizin apardığınız uğurlu siyasətin daimi dəstəkçisiyəm.

Son günlərdə əhalinin aztəminatlı təbəqəsini nəzərə alaraq verdiyiniz fərmanlar, o cümlədən əhaliyə verilən elektrik enerjisinin və təbii qazın limitini artırmağınız biz sadə insanları çox sevindirdi. Bu bayram günlərində bizim üçün daha bir qayğı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban  Əliyevadan gəldi. Mehriban xanımın təşəbbüsü ilə aztəminatlı ailələrə, o cümlədən bizim ailəmizə bayram sovqatı verildi. Bu bayram hədiyyəsi ailəmizin hər bir üzvünün üzündə xoş təbəssüm yaratdı.

Möhtərəm cənab Prezident, bu sevinci bizlərə bəxş etdiyiniz üçün Sizə şəxsən öz adımdan və bütün ailəmiz adından dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Quliyev Cümşüd Hidayət oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.