28 dekabr 2016, 14:45

Azad Həsənli və başqalarından, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınız əsasında Tarif Şurasının elektrik enerjisi və təbi qazın istifadəsində müəyyənləşdirdiyi limitə dəyişiklik edilərək minimum həddin artırılması hər birimiz tərəfindən razılıq hissi ilə qarşılandı.

Cənab Prezident, bütün bunlara görə İmişli rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, qarşıdan gələn bayramlarınızı təbrik edir və Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Həsənli Azad Niyaz oğlu

Əsədova Gülarə Sətdər qızı

Əsədov  Anar Marif oğlu

Əmirov Cəfər Pəsi oğlu

Əmirov Muraz Ağamir oğlu

Paşayev Cəsur Əşrəf oğlu və başqaları (cəmi:  61 imza).

Azərbaycan Respublikası, İmişli rayonu.