28 dekabr 2016, 14:15

Xətai Abdullayev və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz ilə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafının təmin olunmasına, əhalinin həyat səviyyəsinin əsaslı şəkildə yüksəldilməsinə istiqamətlənmiş strateji inkişaf kursu uğurla davam etdirilir. Sizin siyasətinizdə əsas yeri insanlara diqqət və qayğı, onların rifahının daha da yüksəldilməsi tutur. Sizin tapşırığınızla dekabrın 22-də Tarif Şurası tərəfindən elektrik enerjisi və təbii qazdan istifadə limitinə dəyişiklik edilməsi bunu bir daha təsdiq edir.

Cənab Prezident, bu qərarın qəbul olunmasına görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, firavanlıq və səadət arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Abdullayev Xətai İman oğlu

Quliyev Əli Əliş oğlu

Hüseynov Hümbət Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi.