27 dekabr 2016, 15:40
Əliyar Qurbanov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin tapşırığınıza əsasən Tarif Şurasının qəbul etdiyi yeni qərarla elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması Azərbaycan vətəndaşlarına göstərdiyiniz diqqət və qayğının növbəti bariz nümunəsidir. Yeni il ərəfəsində qəbul edilən bu qərar bizim üçün əsl bayram hədiyyəsi oldu.
Cənab Prezident, bu qayğıya görə ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildirir, ən xoş arzularımızı çatdırırıq. Tanrı Sizi qorusun.
Hörmətlə,
Qurbanov Əliyar Nuru oğlu
Zeynalov Vaqif Şirin oğlu
Abbasov Fuad Süleyman oğlu
İbrahimov Elçin Əhməd oğlu və başqaları (cəmi 10 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.