27 dekabr 2016, 15:35

Tacəddin Əyyubov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Sizin aztəminatlı ailələrə göstərdiyiniz diqqətinizi daim hiss edirik. Sizin tapşırığınız əsasında elektrik enerjisi və təbii qazın güzəştli limitinin artırılması barədə Tarif Şurasının qəbul etdiyi qərar bizi  sevindirdi. Biz bunu vaxtında atılmış və insanların mənafeyinə hesablanan addım hesab edirik.

Cənab Prezident, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş qərarlarınızı hər zaman dəstəkləyir, Sizə sonsuz minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Əyyubov Tacəddin İbrahim oğlu

Əliyev Nazim Şura oğlu

Abışova Afət Abbas qızı

Allahverdiyeva Çinarə Qurban qızı və başqaları.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.